Pakistanda polisə hücum olub | ölənlər var

   Pakistanda polisə hücum olub    | ölənlər var
  23 Dekabr 2025    Oxunub:785
Pakistanın şimal-qərbindəki Hayber-Pahtunhva əyalətində törədilən terror aktı nəticəsində azı 5 polis əməkdaşı həlak olub.
AzVision.az “The Express Tribune” nəşrinə istinadən xəbər verir ki, Qarağrı Banda rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşlarının olduğu avtomobil terrorçular tərəfindən pusquya salınaraq atəşə tutulub. Hadisə yeri antiterror əməliyyatı keçirən təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

Pakistanın baş naziri Şahbaz Şərif artıq hücumu pisləyib və həlak olanların ailələrinə başsağlığı verib.

Qarağrı Banda rayounda hərbi və polisin mühafizəsi altında “MOL Pakistan” şirkəti tərəfindən çıxarılan neft və qaz yataqları yerləşir. Silahlılar müntəzəm olaraq neft və qaz obyektlərinə hücum edir və işçiləri oğurlayır. Dekabr ayında bölgədə terrorçu-kamikadzenin hücumu nəticəsində bir polis əməkdaşı həlak olub, bir neçə nəfər isə yaralanıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Pakistan   terror   polis  



Xəbər lenti